Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin bu il daha 5 sosial xidmət mərkəzi fəaliyyətə başlayacaq. Day.Az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Bildirilib ki, onlardan 2-si Bakıda, digərləri Hacıqabul, Göyçay və Ağdam rayonlarında açılacaq.