Gürcüstan Daxili İşlər Nazirliyi paytaxt Tbilisidə və regionlarda xüsusi əməliyyat keçirib. Day.Az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Əməliyyat nəticəsində vətəndaşlardan xeyli sayda silah-sursat götürülüb. Doqquz nəfər saxlanılıb.