Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Day.Az-ın bölgə müxbirinə verilən məlumata görə, əməliyyat zamanı 31 yaşlı Mirilyas Ağayev saxlanılıb.