Azərbaycan-İran sərhədində 3,1 maqnitudalı zəlzələ qeydə alınıb. Day.Azxəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Məlumata əsasən, zəlzələ Yardımlı stansiyasından 14 km şimalda, Azərbaycan-İran sərhəddində (İran ərazisində) qeydə alınıb.