Lənkəranda meyit tapılıb. Day.Az APA-ya istinadən xəbər verir ki, meyit Lənkəran şəhər, Hacılar küçəsi, dalan 2 ünvanında yerləşən mənzillərin birində aşkarlanıb. Məlumata görə, meyiti tapılan şəxs şəhər sakini 1995-ci il təvəllüdlü Fəqan Qismət oğlu Hüseynlidir. Hazırda hüquq-mühafizə orqanları hadisə yerindədir.