Rusiyanın Tula şəhərindəki hərbi xəstəxanada yanğın baş verib. Day.Az Milli.Az-a istinadla xəbər verir ki, baş verən yanğının səbəbi ilkin olaraq naqillərin nasazlığı olaraq bilinir. Yanğın əvvəlcə 3-cü mərtəbədəki birinci palatanı, 1 və 2 saylı palataları əhatə edib və ofislərdən biri yanıb. Binadan 57 nəfər təxliyə edilib.