Metro stansiyaların inşası paytaxtda ictimai nəqliyyatın inkişafına, tıxacın azalmasına səbəb olacaq. Bununla yanaşı inşa ediləcək metro stansiyaların ətrafında mənzillərin qiymətinin indidən bahalaşdığı deyilir. Day.Az xəbər verir ki, bu faktı Trend-ə mənzil alqı-satqısı ilə məşğul olan Orxan Rüstəmov da təsdiqləyib.