Yanvarın 15-i Azərbaycan Cüdo Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 21 yaşa qədər gənc cüdoçular arasında Bakı şəhər birinciliyi keçiriləcək. İdman.biz xəbər verir ki, yarışda qızlar və oğlanlar arasında 14 çəki dərəcəsində qaliblər bəlli olacaq.