Zaqatala sakini dəm qazından ölüb. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə dünən saat 18 radələrində rayonun Yengiyan kəndində baş verib. Belə ki, kənd sakini 1995-ci il təvəllüdlü Babayeva Asiyət Natiq qızı yaşadığı evdə hamamda dəm qazından boğularaq ölüb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.