Ağcabədi rayonunda məktəbli qız yaşadığı evdə vəfat edib. Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Ağabəyli kənd sakini 2015-ci il təvəllüdlü A.Novruzova dünən saat 06 radələrində yaşadığı evdə ölüb. Onun pnevmoniyanın yaratdığı yüksək qızdırmadan dünyasını dəyişdiyi bildirilir.