"Neftçi" qış fasiləsi dönəmində ilk transferini həyata keçirib. Day.Az bu barədə kluba istinadən xəbər verir. Məlumata görə, yaponiyalı yarımmüdafiəçi Ryonosuke Ohori artıq "ağ-qaralar"ın ailəsinin üzvüdür. 18 nömrəli formanı geyinəcək 24 yaşlı futbolçu ilə 5 ay + 2 il şərti ilə müqavilə bağlanıb.