Bəxtiyar Hacıyevə qarşı qanuni məhkəmə qərarı işdəki çoxsaylı sübutlara əsaslanır və məhkəmə prosedurlarına xarici müdaxilə qəbuledilməzdir. Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə "X" səhifəsində ABŞ-nin Azərbaycandakı səfirliyinin paylaşımına cavabında bildirib.