Ötən ilin noyabr ayında Bakıda keçirilən COP29-da könüllü olan şəxslərə xüsusi pul mükafatı ayrılıb. Day.Az "Unikal"a istinadən xəbər verir ki, xüsusi pul mükafatının məbləği 1500 manatdır. Mükafat yalnız Prezident İlham Əliyevin imzası ilə onlara verilən xüsusi təşəkkürnaməni 8-14 yanvar tarixində COP29-dan əldə edən könüllülərə verilir.