Quba rayon Mərkəzi Xəstəxanasının ərazisində xəsarətlə nəticələnən hadisə baş verib. Day.Az "Shimal.news"a istinadən xəbər verir ki, kardioloq Cabir Məmmədovu avtomobil vurub. Həkimlər ona dərhal tibbi yardım göstəriblər. Onun baş nahiyəsindən xəsarət aldığı və Reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilib.