Narkotiklərin satışında ittiham edilən tiktoker Zeynəb Ən-Nəiminin növbəti məhkəmə prosesi keçirilib. Day.Az Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.