Ölkədə ötən ilin 11 ayında nikahların sayı azalıb. Boşanmaların sayı isə yenə də yüksək olub. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, ötən ilin 11 ayında Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən 46 min 146 nikah və 19 min 597 boşanma qeydə alınıb.