Yanvarın 20-də İçərişəhərdə 20 Yanvar hadisələrinin 35-ci ildönümünə həsr olunmuş "Əbədi xatirə" adlı tədbir baş tutub. Məqsəd Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini yad etmək və onların qəhrəmanlıq salnaməsini gələcək nəsillərə çatdırmaqdır.