İmişlidə baş verən qəzada yaralanan məktəbli Məhbubə Əlizadə Yeni Klinikada müalicə olunur. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə İmişli - Saatlı seçki dairəsindən millət vəkili seçilmiş Səyyad Salahlı məlumat yayıb. O, azyaşlını müalicə edildiyi xəstəxanada ziyarət edib.