Türkiyənin Bolu vilayətində dağ-xizək kurortunda yerləşən hoteldə yanğın zamanı həlak olanlardan biri də "Türk Hava Yolları"nın (THY) əməkdaşı Zehra Sena Gültekin olub. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Zehra həyat yoldaşı, 3 uşağı və 9 ailə üzvü ilə birlikdə Kartalkayaya tətil üçün səfər edib.