Xəbər verdiyimiz kimi, Azərbaycanın Tehrandakı Səfirliyinə hücum edən Yasin Hüseynzadənin edam olunması ilə bağlı qərar İranın Ali Məhkəməsi tərəfindən təsdiqlənib. Məhkəmə qərarının zərərçəkənlərin və onların yaxınlarının edamın icrasını tələb etdiyi halda, cinayət işinin icra olunması üçün əlaqədar quruma göndəriləcəyi açıqlanıb.