Türkiyədə Bolu əyalətinin bələdiyyə sədrinin müavini və yerli yanğınsöndürmə xidmətinin rəis müavini 76 nəfərin ölümü ilə nəticələnən hoteldəki yanğına görə saxlanılıb. Day.Az bu barədə türk KİV-lərinə istinadən xəbər verir. Məlumata görə, onlar yanğınla bağlı aparılan istintaq çərçivəsində saxlanılıb.