Ötən il Azərbaycandan 197,2 milyon ABŞ dolları dəyərində 72,6 min ton alüminium və ondan hazırlanan məmulatlar ixrac olunub. Bu barədə Day.Az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib. Məlumata əsasən, bu, 2023-cü ildəki göstəricilərə nisbətən dəyər ifadəsində 4 milyon ABŞ dolları (2%), həcm ifadəsində isə 1,8 min ton (2,5%) azdır.