Xəbər verdiyimiz kimi, Türkiyənin Konya vilayətində dünən axşam saatlarında üçmərtəbəli bina uçub. Hadisə yerinə cəlb olunan xilasedicilər saatlarla davam edən əməliyyat nəticəsində üç nəfəri sağ-salamat dağıntılar altından çıxarıblar. Daha iki nəfərin axtarışları davam edir.