Azərbaycan Gənclər Fondunun 2024-cü ildə fəaliyyəti haqqında hesabat Milli Məclisə daxil olub. Day.Az xəbər verir ki, sənədin müzakirəsi Milli Məclisin Gənclər və idman komitəsinin yanvarın 30-da keçiriləcək iclasınının gündəliyinə daxil edilib. Qeyd edək ki, bu Azərbaycan Gənclər Fondunun parlamentdə ilk hesabat təqdimatı olacaq.