Mohamed Salah İngiltərə Premyer Liqasında legionerlər arasında ən sərrast futbolçular siyahısında 2-ci pilləyə yüksəlib. İdman.biz xəbər verir ki, misirli forvard 176-cı qolunu vuraraq Tyerri Anrini (175) arxada qoyub. Cədvələ "Mançester Siti"nin keçmiş futbolçusu Serxio Aquero başçılıq edir. Argentinalı hücumçunun hesabında 184 top var.