Bir litr at nalı xərçəngi qanının qiyməti təxminən 15.000 dollardır. Qanı son dərəcə dəyərli olan at nalı xərçəngi planetdə 445 milyon ildən artıqdır ki, mövcuddur. Lent.az-ın xəbərinə görə, bu heyvanlar əslində xərçəng deyil və xərçəngkimilər deyil, hörümçəklərin qohumlarıdır.