Potsdamdakı Alman Yer Elmləri Araşdırma Mərkəzinin alimləri kosmik fırtınalar zamanı peyklərin hərəkətini tənzimləmək üçün PAGER adlı alqoritm hazırlayıblar. O, təhlükə səviyyəsindən asılı olaraq rəng kodlarını tətbiq etməklə "işıqfor" prinsipi ilə işləyir. Qaynarinfo xəbər verir ki, tədqiqat "Horizon" elmi jurnalında dərc olunub.