Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya zəng edib. Day.Az AZƏRTAC-a istinadən bildirir ki, Dövlətimizin başçısı Aleksandr Lukaşenkonu Belarus Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.