3 gün əvvəl Qəbələ rayonundakı Nohur gölündə meyiti tapılan 40 yaşlı İlham Qəribli tanınmış şəxsin oğlu imiş. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bədbəxt hadisə nəticəsində dünyasını dəyişən şəxs AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor İslam Qəriblinin oğludur.