Mingəçevirdə toydan qayıdan yaşlı kişi ölüb. Day.Az Ajans.az-a istinadən xəbər verir ki, hadisə Aydın Məmmədov küçəsində baş verib. Belə ki, 1954-cü il təvəllüdlü Elbrus Əbdülkərimov gözlənilmədən yaşadığı məhəllənin həyətində keçinib. Bildirilir ki, ölən şəxs toydan evinə qayıdıb və qəfildən yaşadığı həyətdə ürəktutmadan ölüb.