Türkiyədə xüsusi əməliyyat zamanı İŞİD terror təşkilatının üzvü olmaqda şübhəli bilinən təxminən 100 nəfər saxlanılıb. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, ölkənin daxili işlər naziri Ali Yerlikayanın verdiyi məlumata görə, əməliyyat bir həftə ərzində İstanbul və Ankara da daxil olmaqla 24 vilayətdə həyata keçirilib.