Azərbaycanda 2026-cı ildən etibarən illik 200-250 elektrik mühərrikli avtobus istehsal ediləcək. Day.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiq etdiyi "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nda deyilir.