Ağcabədidə əl qumbarası partlayıb ölən və yaralılar var. Day.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsində baş verib. Baş vermiş hadisə nəticəsi 5 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Ölən və yaralananların bir ailənin üzvləri olduğu bildirilir. Faktla bağlı araşdırma başlanıb.