Bu ilin yanvarın 1-nə Azərbaycanda regionlar üzrə cəlb olunmuş əmanətlər 14,6 milyard manat təşkil edib. Bu barədə Day.Az Mərkəzi Bankdan məlumat əldə edib. Məlumata əsasən, ölkə üzrə cəlb olunmuş əmanətlərin ən çoxu - 12,9 milyard manatı Bakı iqtisadi rayonunun, ən azı - 433 min manatı isə Şərqi Zəngəzur iqtisadi rayonunun payına düşüb.