Xəbər verildiyi kimi, müğənni Nazim Pişiyari (Faytonçu) işemik insult keçirib. Day.Az xəbər verir ki, sənətçinin dostu, aparıcı Kamran Həsənli Axşam.az-a açıqlamasında onun səhhətindən danışıb: "Dünən mağazadan çıxanda halı pisləşib yıxılıb. Hazırda reanimasiyadadır, vəziyyəti ağırdır. Xəstəxanada idim, hamı gözləyir".