Türkiyənin Azərbaycana təyin edilən yeni səfiri Birol Akgün vəzifə səlahiyyətlərinin icrasına başlayıb. Day.AZ xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyi məlumat yayıb. Xatırladaq ki, 11 yanvar tarixində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Birol Akgünü Azərbaycana yeni səfir təyin edib.