Türkiyənin paytaxtı Ankaranın Elmadağ rayonunda iki avtomobilin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər xəsarət alıb. Day.Az xəbər verir ki, bu barədə İHA agentliyi məlumat yayıb. Məlumata görə, qəza Elmadağ ərazisində baş verib. İki avtomobil aşıb, nəticədə 7 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.