Kaliforniya ştatının Martinez şəhərində neft emalı zavodunda yanğın baş verib, azı 3 nəfər xəsarət alıb. Day.Az xəbər verir ki, bu barədə "The Mercury News" qəzeti məlumat yayıb. Partlayışa və irimiqyaslı yanğına karbohidrogen sızmasının səbəb olduğu bildirilir. Zavodun 3 əməkdaşı yüngül xəsarət alıb, bütün işçilər təxliyə edilib.