Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında yeni əməliyyat keçirib. Day.Az-ın məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının 23 üzvü öldürülüb. Nazirlikdən bildirilib ki, terrorçulara qarşı mübarizə davam edəcək.