"2 Fevral - Azərbaycan Gəncləri Günü" münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Diaspor Gənclərinin Yay Düşərgələrinin iştirakçılarının videokonfransı təşkil olunub. Day.Az xəbər verir ki, "Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilən videokonfransda 51 ölkədən 200-dən çox gənc iştirak edib.