Ağdərə rayonunda evdə yanğın olub Fövqəladə Hallar Nazirliyindən Day.Az-a verilən xəbərə görə, Ağdərə rayonunun Şıxarx kəndində ümumi sahəsi 77 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı və çardağının yanar konstruksiyaları 24 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.