Türkiyə Qəzzada azad edilmiş fələstinli məhbusları öz ərazisində qəbul etməyə hazır olduğunu açıqlayıb. Day.Az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan, Qətər hökumətinin başçısı və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə Dohada keçirilən danışıqların yekununda məlumat verib.