"Qarabağ" Azərbaycan Premyer Liqasının 21-ci turunda səfərdə "Zirə"yə 2:3 hesabı ilə məğlub olub. Day.Az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: - "Zirə"ni, Rəşad Sadıqovu təbrik edirəm. Çox yaxşı, baxımlı oyun oldu.