Paytaxtın nəqliyyat sektorunda aparılan sürətli islahatlar diqqət mərkəzində qalmaqdadır. Mətbuat bu islahatlardan yazır, nəqliyyat infrastrukturundan istifadə edən vətəndaşlar - sürücülər, sərnişinlər, mikromobillik vasitələrinin istifadəçiləri və piyadalar dəyişiklikləri, demək olar, hər gün müzakirə edirlər.