Fevralın 3-də Günəşdə 7 güclü partlayış baş verib. Day.Az xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutu məlumat yayıb. Məlumata görə, partlayışlardan ən güclüsü Bakı vaxtı ilə 08:00 radələrinə təsadüf edib. İnstitutun məlumatında qeyd edilir ki, partlayış 12 dəqiqə ərzində davam edib.