Qəbirlərin ətrafına çəkilən kiçik hasarlar dağıdılıb, dəmir məhəccərlər çıxarılaraq oğurlanıb... Day.Az xəbər verir ki, görüntülər Abşeronun Saray qəsəbəsindəndir. Sakinlər bildirirlər ki, bu vəziyyətdən məzərları ziyarətə gələn zaman xəbər tutublar. Hadisə sakinləri ciddi narahat edib.