Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Tərlan Heybətov adına "Vətən" İdman Liseyində aparılmış yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub. Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına liseydə yaradılan şərait barədə məlumat verdi.