Aktau yaxınlığında qəzaya uğrayan "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) təyyarəsi yad metal əşyalardan çoxsaylı zədələr alıb. Day.Az xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin dərc etdiyi aviaqəzanın təhqiqatına dair ilkin hesabatda deyilir.