Qroznıdakı dispetçer 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğrayan "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin ekipajına "Kovyor" planının tətbiqi barədə məlumat verməyib. Day.Az xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin dərc etdiyi aviaqəzanın təhqiqatına dair ilkin hesabatda deyilir.