Bəzən evdar qadınlar çörəyi dondurucuya qoyurlar. Bu, korlanmasının qarşısını almaq üçün edilir. Ancaq bu vərdiş həm də çörəyi daha sağlam edir. Day.Az lent.az-a istinadən xəbər verir ki, bunu qidalanma və qastroenterologiya üzrə ekspert Karen Alarkon bildirib. Onun sözlərinə görə, çörəyin dondurulması onu xeyli faydalı edir.